Naxçıvan MR-da ilin ilk 4 ayında keçdiyimiz illə müqayisədə 2 milyon manat (3.3%) daha çox kənd təsərrüfatı məhsulu istehsal edilib.
Banker.az Naxçıvan Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, Naxçıvanın bu il istehsal etdiyi məhsulun dəyəri 44 milyon 298 min manat təşkil edib.
Ötən il isə Naxçıvanda istehsal edilmiş kənd təsərrüfatı məhsulunun dəyəri 42 milyon 248 min manat təşkil edib.