9 C
Baku
Friday, December 13, 2024

Rəsmi: Azərbaycanda ət məhsulları bahalaşıb

2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,0 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 11,8 faiz bahalaşmışdır.

Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, 2017-ci ilin mart ayında fevral ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,3 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 3,2 faiz bahalaşmış, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,6 faiz ucuzlaşmışdır.

Buna da bax – TopMedia Monitoring yeni xidmətini təqdim edib

Ay ərzində bitkiçilik məhsullarından arpanın, buğdanın, almanın, fındığın istehsalçı qiymətində ucuzlaşma, şabalıdın, qozun, narın, lobya dəninin, balqabağın və baş sarımsağın qiymətində bahalaşma müşahidə olunmuşdur. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Mart ayında heyvandarlıq məhsullarından südün, mal, qoyun və quş ətinin istehsalçı qiyməti bahalaşmışdır. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Nəqliyyat sektorunda yükdaşıma qiymətləri….

Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, Azərbaycanda 2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,4 faiz bahalaşmışdır.

Cari ilin mart ayında fevral ayına nisbətən yükdaşıma qiymətləri 2,5 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 4,5 və 2,7 faiz, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 2,7 faiz, dəniz nəqliyyatında 3,0 faiz ucuzlaşmış, avtomobil nəqliyyatında 8,0 faiz bahalaşmış, ölkədaxili yükdaşıma qiymətləri sabit qalmışdır.

Son xəbərlər
Digər xəbərlər