14 C
Baku
Saturday, November 23, 2024

Kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV belə hesablanır

Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, həmin tarixdən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir.

Eyni zamanda, 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirildiyi halda, ƏDV ticarət əlavəsindən hesablanır.

Kənd təsərrüfatı məhsullarının alışı qeyd edilən hallarda rəsmiləşdirilmədikdə isə ƏDV ümumi dövriyyədən hesablanır.

 

 

Son xəbərlər
Digər xəbərlər