13 C
Baku
Saturday, November 23, 2024

Kənd təsərrüfatı məhsullarının topdansatışı zamanı ƏDV necə hesablanır?

Fərdi sahibkar kimi kənd təsərrüfatı mallarının topdansatışı ilə məşğul olan ƏDV ödəyicisi ƏDV-ni ümumi dövriyyədən yoxsa ticarət əlavəsindən hesablamalıdır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Vergi Məcəlləsinin 153-cü maddəsinin müddəalarına əsasən Azərbaycan ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir.

Beləliklə, kənd təsərrüfatı məhsullarının topdansatışı zamanı ƏDV həmin məhsulların tam satış dəyərindən hesablanılır.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 153-cü maddələri.

Son xəbərlər
Digər xəbərlər