9 C
Baku
Friday, December 13, 2024

Kənd Təsərrüfatı Nazirliyi məhsullarını satmaq istəyən şəxslərə müraciət edib

Ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan istehsalçı və satıcıların elektron portalda təkliflərini yerləşdirməsi prosesi davam edir. 

Banker.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan istehsalçı və satıcılar tedaruk.az saytına daxil olaraq 1 sentyabr tarixinədək dövlət satınalan təşkilatların 2024-cü il üzrə tələbatlarına uyğun olaraq ərzaq məhsullarına dair təkliflərini yerləşdirə bilərlər. İstehsalçı və satıcılar tedaruk.az saytında növbəti il üzrə tələbata uyğun olaraq ərzaq məhsullarının siyahısı, həmin məhsulların növü, qiyməti, miqdarı və satınalma şərtləri ilə tanış ola bilərlər.  

Qeyd edək ki, “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı olan tedaruk.az dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır.

 

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər