12 C
Baku
Saturday, May 18, 2024

Kənd Təsərrüfatı Nazirliyi yeni inzibati binası üçün 3 milyon manatlıq İT avadanlığı aldı

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Caspel” MMC ilə 3 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Yeni İnzibati bina üçün İT avadanlıqları və proqram təminatı”nın satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 2 806 403 manatdır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üçün yeni bina tikilir. Ağ  Şəhərdə tikilən bina yeni inzibatı binası müasir memarlıq üslubunda layihələndirilib. Süleyman Vəzirov və Nəcəfqulu Rəfiyev küçələrinin kəsişməsində tikilən 13 mərtəbəli inzibati binada həmçinin Kənd Təsərrüfatı Nazirliyi Muzeyi nəzərdə tutulub.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı əsasında Bakı Ağ Şəhər Baş Planına uyğun olaraq 28 ha kvartalının texniki inventarlaşdırılması, inşa olunacaq tikililərin memarlıq və şəhərsalma göstəriciləri, nəqliyyat və digər infrastruktur layihələndirilməsi işləri aparılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər