19 C
Baku
Thursday, April 25, 2024

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinatlar olub

“Kənd Təsərrüfatı Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Firdovsi Fikrətzadə Aqrar Tədqiqatlar Mərkəzi direktorunun müşaviri təyin olunub.

Bu açıqlamanı sorğusuya cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Vüqar Hüseynov verib.

O bildirib ki, İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri Aydəm İsmayılov isə “Green Park Azərbaycan” MMC-nin direktoru vəzifəsinə təyin edilib”.

Eyni zamanda nazirin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova və texniki siyasət şöbəsinin müdiri Vüqar Babayev şəxsi karyera planları ilə əlaqədar işdən ayrılıblar: “Həm Şəbnəm xanım, həm Vüqar müəllim yüksək keyfiyyətli kadrlardır.

Onların işdən ayrılması şəxsi karyera planları ilə bağlıdır. Hər iki şəxs fəaliyyətlərini yeni layihələrdə davam etdirmək istədiklərini bildiriblər və onların qərarına hörmətlə yanaşılıb”.

©Fed.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər