7 C
Baku
Thursday, January 16, 2025

Kənd Təsərrüfatı Nazirliyinin səyyar xidmət mikroavtobusları bölgələrdə fermerlərə xidmətə başlayır

Kənd Təsərrüfatı Nazirliyinin səyyar xidmət mikroavtobusları sentyabrın 28-dən etibarən bölgələrdə fermerlərə xidmətə başlayır. Mikroavtobuslar vasitəsilə səyyar xidmət Masallı, Xaçmaz, Şəki, Kürdəmir, Şəmkir və Bərdə rayonlarında həyata keçiriləcək. Bu rayonlarda yaşayan fermerlər ərazi üzrə səyyar xidmət təşkil olunacaq kəndlərin siyahısını və xidmət qrafikini Dövlət Aqrar İnkişaf Mərkəzlərindən və Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzindən zəng vurub öyrənə bilərlər. 

Xidmətin təşkil olunacağı kəndlərdə fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan edə bilərlər. Fermerlərin xidmətdən istifadə etmək üçün yalnız şəxsiyyət vəsiqələrini özləri ilə gətirmələri kifayətdir.

Qeyd edək ki, ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar xidmət mikroavtobusları vasitəsilə qrafik üzrə bütün rayonlarda xidmətin təşkili nəzərdə tutulur. Xidmət əsasən rayon mərkəzlərindən uzaqda yerləşən kəndlərdə təşkil olunur.a91aad48 f53b 480d 9482 c5dac1da236b ed80e86d fd6d 4cb7 b699 3f1aa85915a7 1ad8218f 765f 4217 ba7f 5bf7e17fecf3

Son xəbərlər
Digər xəbərlər