Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Kənd təsərrüfatı risklərinin idarəedilməsi və kənd təsərrüfatı sığortası üzrə mütəxəssislər axtarır.
Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmışdır.
Yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik, daim öz peşəkarlıq səviyyəsini təkmilləşdirən, yeni fəaliyyət üsullarının effektiv mənimsənilməsinə çalışan, biliklərini iş prosesinin səmərəsini artıracaq şəkildə tətbiq edə bilən və maliyyə bazarının uğurlu inişafı üçün bütün gücünü səfərbər etməyə hazır olan hər bir uyğun namizəd bizə müraciət edə bilər.
TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ
- Kənd təsərrüfatı, Maliyyə və İqtisadiyyat (kənd təsərüffatı sahəsi üzrə təhsilə və magistr dərəcəsinə üstünlük verilir);
- Kənd təsərrüfatı risklərinin idarəedilməsi və ya kənd təsərrüfatı sığortası və ya Kənd təsərrüfatında maliyyəşmə üzrə biliklərə malik olmalı;
- MS Office yaxşı səviyyədə;
- İngilis dili (min orta səviyyədə);
- Yüksək analitik bacarıqlar, təqdimat bacarıqları, komanda ruhu, analitik təhlil, problemi həll etmə və qərar vermə bacarığı, strateji plan tərtib etmə bacarığı.
NAMİZƏDİN GÖRƏCƏYİ İŞLƏR
Kənd təsərüffatı sahəsi üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, idarə edilməsi, Kənd təsərüffatı sahəsi üzrə hüququ bazanın təhlili və ya Kənd təsərüffatı sahəsi üzrə maliyyələşmə və sığorta mexanizmlərinin yaradılması ilə bağlı araşdırrmaların aparılması və beynəlxalq təcrübənin öyrənilməsi və təkliflərin verilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.