1 C
Baku
Saturday, December 14, 2024

Kənd təsərrüfatı sahəsində yeni vergi güzəştləri təklif olunur

Sahibkarlığın İnkişafı Fondunun və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin gəlirləri mənfəət vergisindən azad edilir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi ƏDV-yə sıfır dərəcə ilə cəlb ediləcək. Kənd təsərrüfatı texnikalarının mülkiyyət hüququnun keçməməsi şərti ilə müəyyən halqa və müəyyən müddətə lizinqə (icarəyə) verilməsi də ƏDV-dən azad edilir.

Layihədə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı aqrotexniki xidmətlərin göstərilməsinin ƏDV-dən azad edilməsi də əksini tapıb.

Son xəbərlər
Digər xəbərlər