Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin strukturu əsasında Aqrar Kredit və İnkişaf Agentliyi formalaşdırılıb.
Aqrar Kredit və İnkişaf Agentliyinin iş prinsipi
AKIA müvəkkil kredit təşkilatları vasitəsi ilə kredit verir. Kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrin və proqramların Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına maliyyələşdirilməsi istiqamətlərinə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı proseslərinin təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsi, regionların aqrar inkişafı ilə bağlı innovativ layihələrin maliyyələşdirilməsi, kənd təsərrüfatı istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması ilə bağlı layihələrin, həmçinin onların güzəştli satışının və lizinqinin maliyyələşdirilməsi, heyvandarlıq təsərrüfatlarının dövlət-özəl tərəfdaşlığı tətbiq edilməklə inkişafı sahəsində layihələrin maliyəşdirilməsi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin pilot layihələrinin maliyyələşdirilməsi aiddir.
Aqrar Kredit və İnkişaf Agentliyində kreditləşmənin standart şərtləri necədir?
5000 manatadək- mikrokreditlər, 5001 manatdan 30000 manatadək – kiçikhəcmli kreditlər, 30001 manatdan 100000 manatadək- ortahəcmli kreditlər, 100001 manatdan 200000 manatadək – böyükhəcmli kreditlər,1 000 000 manatədək – kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər verilə bilər. Mikrokreditlər – 2 ilədək, kiçik və ortahəcmli kreditlər – 3 ilədək, böyükhəcmli kreditlər – 5 ilədək, kredit müddəti güzəştli şərtlərlə alınan damazlıq heyvanlar üçün 3 il, digər kənd təsərrüfatı istehsal vasitələri üçün 5 ildir.
Kredit vəsaitlərinin güzəşt müddəti mikrokreditlər üçün12 ayadək kiçik və ortahəcmli kreditlər üçün18 ayadək, böyükhəcmli kreditlər üçün isə 24 ayadək nəzərdə tutulub.
Bu kreditləri hansı banklardan götürmək olar?
AKİA cəlb etdiyi vəsaitləri illik 2 faiz tətbiq etməklə müəyyən edilmiş qaydada müvəkkil kredit təşkilatlarına verir. Müvəkkil kredit təşkilatlarının Agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi (bu bənddə nəzərdə tutulmuş 2 faiz daxil olmaqla) 7 faizdən artıq olmamalıdır.
Banker.az olaraq bu dəfə Aqrar Kredit və İnkişaf Agentliyinin hansı banklarla işlədiyini və kredit şərtlərini araşdırdıq.
Accessbank – AKİA kreditləri – Bu tip kreditlər Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına illik 7%-lə kənd təsərrüfatının inkişafı məqsədilə verilir. Həmçinin, güzəştli şərtlərlə kənd təsərrüfatı avadanlığı və texnikası, damazlıq heyvan alışı üçün nəzərdə tutulan kreditlər mövcuddur. Belə ki, sahibkar tərəfindən texnikanın dəyərinin 20%-i həcmində ilkin ödəniş, dövlət tərəfindən 40 %-i həcmində subsidiya (güzəşt), qalan məbləğ isə Bank tərəfindən faizsiz kreditləşməklə kənd təsərrüfatı texnikası əldə etmək mümkündür. Damazlıq heyvan alışı üçün isə heyvanın dəyərinin 25%-i həcmində ilkin ödəniş, dövlət tərəfindən 60% subsidiya (güzəşt), qalan məbləğ isə illik 7%-lə Bank tərəfindən kreditləşdirilir. Şərtlər: Məbləğ: 5000 – 200 000 AZN ( Kənd təsərrüfatı texnikası alışı üçün 1 000 000 AZN-ədək), Müddət: 6 – 36 ay, İllik faiz dərəcəsi: 7%, Kreditlər üzrə FİFD(Faktiki illik faiz dərəcəsi): min. 7,55% – mak. 13,49%. Kreditin təyinatı: Əkinçilik(pambıq, fındıq, taxıl, üzüm, kartof və s.), Heyvandarlıq(xırda və iri buynuzlu maldarlıq), Arıçılıq, quşçuluq və digər kənd təsərrüfatı sahələri, İstixana(parnik) komplekslərinin yaradılması və s., Kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı alışı, Damazlıq heyvan alışı.
Aqro kreditlər – Məbləğ min 500 AZN (və ya 300 ABŞ dolları) – max. 50.000 AZN (və ya 30.000 ABŞ dolları) təşkil edir. Müddət 6 aydan 60 aya qədər nəzərdə tutulub. İllik faiz dərəcəsi 19%-dan başlayır. Kreditlər üzrə FİFD (Faktiki illik faiz dərəcəsi) min. 19,47% – max. 31,61%-dir.
AFB Bank – Müddət 60 ayadək ola bilər. Kreditin müddətinə əsasən məbləğ dəyişə bilər. Maksimal 200 000 AZN-dək kredit üçün müraciət edə bilər. İllik faiz dərəcəsi 7%-dir. Kreditin məbləği 1000 AZN- 24 ayadək, 1001-50000 AZN – 36 ayadək 50001-200 000 AZN 60 ayadək-dir.Yaş həddi: 21 yaşdan başlayır. Kreditin təyinatı: Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı /Kənd təsərrüfatı texnikasının və kimyəvi maddələrinin alınması və s. Tələb olunan sənədlər: Biznes plan, VÖEN, Hüquqi şəxs olduqda hüquqi sənəd paketi, Ödəmə qabiliyyəti müəyyənləşdirən maliyə və əməliyyat göstəriciləri, Gəlirli əmsallardan istifadə etmək üçün digər sənədlər, Digər sənədlər (tələb olunarsa)
Azərbaycan Beynəlxalq Bankı – Müştərilərin əldə etmək istədiyi məbləğ 30 000 AZN-dan çox olduğu halda ilkin mərhələ üçün banka yaxınlaşmaq lazımdır.Əgər müsbət rəy verilərsə, daha sonra Kənd Təsərrüfatı Nazirliyini rəsmi saytına daxil olaraq ASAN imza əldə edərək qeydiyyatdan keçərək müraciət etmək olar. Kreditin minimal məbləği 50 000 təşkil edir. İllik faiz dərəcəsi 5%-7% təşkil edir. Kənd təsarrüfatın inkişafı ilə bağlı mövcud proqram çərçivəsində Azərbaycan Beynəlxalq Bankı müştərilərinə güzəştli şərtlərlə aqrokreditlər təqdim edir. Kreditin maksimal məbləği 200 000 təşkil edir. Müddət 60 ayadək, güzəşt müddəti 24 ayadək nəzərdə tutlub.
Bank BTB – “Bank BTB” ASC öz müştərilərinə aqrar sahədə dövlət-özəl tərəfdaşlığı çərçivəsində kənd təsərrüfatı üzrə aqrar inkişaf layihələrinin; aqrar sahədə innovativ metodlarının və qabaqcıl təcrübələrinin təşviq olunmasını, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsini təmin etmək məqsədilə Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) xətti ilə güzəştli kreditlər təklif edir. Bank Agentliklə əməkdaşlıq etdiyi müvəkkil kredit təşkilatından biridir. Agentliyin vəsaitləri hesabına güzəştli kreditlərlə aşağıdakı http://akia.gov.az/az/kreditler#all veb-səhifəsində məlumat ala bilərsiniz və ya Krediti sifariş formasını dolduraraq bankın müvafiq əməkdaşları əlaqə yaradacaq.
Bank Respublika – Müştəri şəxsiyyət vəsiqəsi ilə filiala yaxınlaşaraq rəsmi müraciət etdikdən sonra rəsmi gəlir və öhdəliklər təhlil olunaraq müraciətə baxılır. Kreditin məbləği və şərtləri aylıq gəlirdən və öhdəliklərdən asılı olaraq kredit əməkdaşlarımız tərəfindən müəyyən olunur. Təhlil üçün filiala yaxınlaşa bilərsiniz. Bu tip kreditlər AKİA-nın vəsaiti hesabına, illik 7%-lə kənd təsərrüfatının inkişafı məqsədilə verilir. Damazlıq heyvan alışı üçün heyvanın dəyərinin 25%-i qədər ilkin ödəniş tələb edilir, dövlət 60% subsidiya (güzəşt) ayırır, qalan məbləği isə illik 7%-lə Bank kreditləşdirir. Sahibkarlar həmçinin 20% ilkin ödəniş etməklə, qalan 40%-i dövlətdən subsiya kimi, ondan geriyə qalan məbləği isə bankdan faizsiz kredit almaqla kənd təsərrüfatı texnikası əldə edə bilərlər. Maksimal məbləğ 50 000 AZN məbləğində təyin edilmişdir. İllik faiz dərəcəsi ümumi olaraq 7% təyin edilib. Ancaq illik faiz dərəcəsi, kreditin müddəti və əldə edilən məbləğə əsasən təyin ediləcəkdir.
Expressbank – Aqro kreditlər – Ölkə ərazisində kənd təsərrüfat məhsullarının istehsalı, emalı, kənd təsərrüfatı texnikasının alınması, meliorasiya, yeyinti sektorunun inkişafı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlara və hüquqi şəxslərə verilməsi nəzərdə tutulur. Mikro kreditlər üçün müddət 36 ayadək, məbləğ 1001- 30000 AZN, güzəşt müddəti ilk 12 ayadəkdir. Kənd təsərrüfat istehsal vasitələrinin alınmasının kreditləşdirilməsi üzrə müddət 60 ayadək, məbləğ 1001 – 1000000 AZN, güzəşt müddəti tətbiq olunmur. KOB kreditləri üçün müddət 60 ayadək, məbləğ 30 001 – 200 000 AZN, güzəşt müddəti ilk 24 ayadəkdir. İlik faiz dərəcəsi 7%-dir.
Günaybank – Yeni müştərilərə limit bu illik verilib, yeni illik limit gələn ildən ayrılacaq. Kredit məbləği maksimum 200 000 AZN-dir. Müddət 60 ayadək nəzərdə tutulub. İllik faiz dərəcəsi maksimum 7% təşkil edib. Yaş həddi 24-62-dir. Tələb olunan sənədlərə şəxsiyyət vəsiqəsi, gəliri təsdiq edən sənədlər, VÖEN və dövriyyə barəsində məlumat və digər sənədlər daxildir. 10 iş günü müddətində verilə bilər.
Kapital Bank – Kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan hüquqi şəxs və fərdi sahibkarlara 20 000 AZN-dən başlayan kreditlər təqdim olunur. Kreditin maksimal məbləği 200 000 AZN təyin olunub. Ümumi olaraq illik faiz dərəcəsi 7% təşkil edir.
NBC Bank – Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına veriləcək kreditlərin şərtləri; Məbləğ 5000 AZN olduqda müddət 24 ay və faiz dərəcəsi 7%, məbləğ 5 001-100 000 AZN olduqda müddət 36 ay və faiz dərəcəsi 7%, məbləğ 100 001-1 000 000 AZN olduqda isə müddət 60 ay, faiz dərəcəsi 7%-dir. Güzəşt müddəti maksimum 24 ay nəzərdə tutulub. Damazlıq heyvanları üçün güzəştli şərtlərlə alınan kredit müddəti 36 aydır. Güzəşt tətbiq edilən kənd təsərüfatı istehsal vasitələri üçün kreditlərə güzəşt müddəti şamil edilmir.
*200 000 AZN -dən yuxarı kreditlər güzəştli şərtlərlə kənd təsərüfatı istehsal vasitələrinin alınması üçün ayrılmış kreditlərdir.
Kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına ilkin ödəniş min 10% – 20%, subsidiya 0% – 40%, kredit məbləği 40% – 90%, faiz dərəcəsi 0% – 7%-dir. Damazlıq heyvanlarının alınmasına ilkin Ödəniş 25%, Subsidiya 60%, kredit məbləği 15%, faiz dərəcəsi 7%-dir.
Nikoil Bank – AKİA tərəfindən müvəkkil kredit təşkilatı kimi Nikoil Bank vasitəsilə kredit verilir. Hal-hazırda bu qeyd etdiyimiz kredit növü bankda aktiv deyil.
Pasha Bank – PAŞA Bank müştərilərə Kənd Təsərrüfatının maliyyələşdirilməsini (Aqrokreditlər) təqdim edir. Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin gücləndirilməsi layihəsi üzrə PAŞA Bank investisiya kreditləri (manat, və ABŞ dolları ilə verilir), qısa müddətli dövriyyə vəsaitlərinin artırılması kreditləri (manat və ABŞ dolları ilə verilir), dəyər zəncirinin maliyyələşdirilməsi (manat və ABŞ dolları ilə verilir) kimi aqrokreditləri təqdim edir. İnvestisiya kreditlərinin təyinatı kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və marketinqi, rəqabətliliyin artırılmasını dəstəkləyən investisiya qoyuluşları, qida məhsullarının təhlükəsizlik qaydalarına riayət olunması məqsədilə avadanlıq və proseslərin müasirləşdirilməsi, bazara çıxışın yaxşılaşdırılması və istehsalda innovasiya, keyfiyyət və təhlükəsizliyin təmin edilməsidir. Kreditin məbləği 50 000 – 500 000 (AZN, USD), kreditin müddəti 24 aydan 84 ayadək, güzəşt müddəti isə 6 ayadəkdir.
Qısa müddətli dövriyyə vəsaitlərinin artırılması və dəyər zəncirinin maliyyələşdirilməsi təyinatı innovativ maliyyə xidmətlərinin tətbiqi, bazar əlaqələrinin və dəyər zəncirinin dəstəklənməsi, istehsalın əvvəlcədən maliyyələşməsi və mövsümi kreditlər ilə bağlı dövriyyə vəsaitlərinin dəstəklənməsi ilə bağlıdır. Kreditin məbləği 50 000 – 1 000 000 (AZN, USD), kreditin müddəti 24 ayadək, güzəşt müddəti 6 ayadək nəzərdə tutulub.
Rabitəbank və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi arasında bağlanılmış Əməkdaşlıq müqaviləsinə, güzəştli texnikasının alışı üçün Fonduna maliyyələşdirdiyi güzəştli şərtlər ilə kredit təklif edir. Fond təqdim olunmuş siyahıya uyğun gələn texnika və avadanlığın alışına gömrük bəyannamə dəyərinin 40%-i həcmində güzəşt tətbiq edir. Texnikaya güzəşt yalnız banklar vasitəsilə alınan zaman Fond tərəfindən təqdim olunur. Buna görə Bankımız həm kreditləşmə təklif edir, həm də birbaşa alqı-satqı zamanı vasitəçi qismində çıxış edir. Kredit illik 8,8%, maksimum 84 ay müddətinədək təklif olunur. İllik faiz dərəcəsi kreditin rəsmiləşdirilmə müddətindən asılı olmayaraq dəyişilmir. Ayrıla biləcək maksimal məbləğ 800 000 AZN-dək nəzərdə tutulub.
Güzəşt müddəti tədbiq olunur. Güzəşt müddəti maksimum 36 ay təşkil edir. Güzəşt müddətində yalnız kredit faizləri ödənilməlidir. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq hər ay bərabər hissələrlə ödənilir.Ən azı 12 ay bazar təcrübəsi olan Fiziki və ya Hüquqi şəxslər müraciət edə bilər.
Turanbank – Kreditin maksimum məbləği: “Sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən 5 000 manatadək – mikrokreditlər; 5 001 manatdan 30 000 manatadək – kiçik həcmli kreditlər, 30 001 manatdan 100 000 manatadək – orta həcmli kreditlər, 100 001 manatdan 200 000 manatadək – böyük həcmli kreditlər; 1 000 000 manatədək – kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün bu hədlərdə güzəştli kredit vəsaiti verilə bilər:
“Kreditin maksimum müddəti:” mikrokreditlər üçün 2 ilədək; kiçik və orta həcmli kreditlər üçün 3 ilədək; böyük həcmli kreditlər üçün 5 ilədək nəzərdə tutulub. Kredit üzrə illik faiz dərəcəsi 6% təşkil edir. Lakin hal-hazırda limit bitmişdir.
Kredit müddəti güzəştli şərtlərlə alınan Damazlıq heyvanlar üçün 3 il,
Kənd təsərrüfatı istehsal vasitələri üçün 5 ildir. “a) mikrokreditlər – 12 ayadək; b) kiçik və orta həcmli kreditlər üçün – 18 ayadək; c) böyük həcmli kreditlər üçün – 24 ayadək;
Alınmasında güzəşt tətbiq edilən kənd təsərrüfatı istehsal vasitələri üçün kreditlərə güzəşt müddəti şamil edilmir.”
Kənd təsərrüfatına verilən 7%-lik krediti hansı banklar təklif edir? | |||
Banklar | Kredit Faizi | Kreditin məbləği | |
Accessbank | + | 7%
19% |
AKIA kreditləri – maks 200 000 AZN Aqro kreditlər – maks 50 000 AZN |
AFB bank | + | 7% | maks 200 000 AZN |
AgBank | – | – | – |
Amrahbank | – | – | – |
AtaBank | – | – | – |
Azərbaycan Beynəlxalq Bankı | + | 5% – 7 % | Maks 200 000 AZN |
Azərbaycan Sənaye Bankı | – | – | – |
Azər-Türk bank | – | – | – |
Bank Avrasiya | – | – | – |
Bank of Baku | – | – | – |
Bank BTB | + | 7% | maks 200 000 AZN |
Bank Respublika | + | 7% | maks 50 000 AZN |
Premium bank | – | – | – |
Bank VTB | – | – | – |
Expressbank | + | 7% | maks 200 000 AZN |
Günaybank | + | 7% | maks 200 000 AZN |
Xalqbank | – | – | – |
Kapital bank | + | 7% | maks 200 000 AZN |
Melli İran Bankı Bakı filialı | – | – | – |
Muğanbank | + | – | – |
Naxçıvanbank | – | – | – |
NBCBank | + | 7% | maks 1 000 000 |
Nikoyl | + | aktiv deyil | aktiv deyil |
Paşa bank | + | ||
Rabitəbank | + | 8.8% | maks 800 000 AZN |
Turanbank | + | 6% | maks 200 000 AZN |
Unibank | – | – | – |
Yapı Kredi Bank | – | – | – |
Ziraat Bank | – | – | – |