2020-ci ilin mart ayında fevral ilə müqayisədə Azərbaycanda ticarət və xidmət sektoruna verilən kreditlər 14,3 milyon manat azalaraq 2 milyard 507.5 milyon manata düşüb.
Banker.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövründə isə ticarət və xidmət sektoruna verilən kreditlər 2 milyard 310.7 milyon manat təşkil etmişdi. Belə ki, 1 il əvvələ nisbətən ticarət və xidmət sektoruna verilən kreditlər 8,5% artıb.
Cari ilin martında real sektora cəmi kredit qoyuluşları 15 milyard 637 milyon manat təşkil edib. Ticarət və xidmət sektoruna verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 16% təşkil edib. Ötən ilin eyni dövründə isə bu nisbət 17.7% idi.
Cəmi kredit qoyuluşlarının 1 milyard 387 milyon manatının və ya 8.9%-nin ödəmə vaxtı keçib.
Fevral ayı ilə müqayisədə martda energetika, kimya və təbii ehtiyatlar sektoruna verilən kreditlər 0,9 milyon manat artaraq 627.1 milyon manata, inşaat və tikinti sektoruna verilən kreditlər 3,8 milyon manat artaraq 468.4 milyon manat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna verilən kreditlər 6,8 milyon manat azalaraq 527.5 milyon manat olub.