9 C
Baku
Sunday, November 17, 2024

Kənd təsərrüfatında orta illik artım tempi hədəflənmiş artım tempindən aşağı olub

Kənd təsərrüfatı sahəsi üzrə son iki ildə orta illik artım tempi 3.2% olub ki, bu da Strategiyada hədəflənmiş artım templərindən aşağıdır.

İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan “Ölkənin sosial-iqtisadi proqnoz göstəricilərinin hazırlanması prosesi və 2023-cü il üzrə verilmiş proqnozlar və onların reallaşması” hesabatında bildirilib.

Məlumata görə, kənd təsərrüfatı sahəsində 2022-ci ildə təqdim olunmuş proqnozlarda 2023-cü il üçün kənd təsərrüfatının real artım tempi 4,1% proqnozlaşdırılmışdı. Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi yenilənmiş proqnoz məlumatları və ötən ilin 6 ayının faktiki göstəriciləri nəzərə alınmaqla proqnozlara müvafiq düzəlişlər edilib və 2023-cü ilin dəqiqləşdirilmiş proqnozlarında artım tempi 3,5%-ə endirilib. 2023-cü ildə sahə üzrə faktiki artım tempi 3% təşkil edib. Sahə üzrə artım tempinin proqnozlaşdırılandan aşağı olması bitkiçilik sahəsinin bəzi məhsulları üzrə fakt məlumatlarının proqnoz göstəricilərindən nisbətən aşağı olması ilə əlaqədar olub.

Qeyd edilib ki, kənd təsərrüfatı sahəsi üzrə proqnozlar Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi məlumatlar, Strategiyada nəzərdə tutulmuş hədəflər və işçi qaydada aparılmış müzakirələr nəzərə alınmaqla hazırlanır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər