12 C
Baku
Monday, December 8, 2025

Kənd təsərrüfatında problemləri aradan qaldıracaq 16-dan artıq modul hazırlanacaq

Azərbaycanda 2026-cı ildə kənd təsərrüfatında həm bitkiçilik, həm heyvandarlıq problemlərinin aradan qaldırılmasına yönələn 16-dan artıq modul hazırlanacaq.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Süni İntellekt layihəsinin rəhbəri Surxay Novruzov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusunda elmi-praktik konfransda bildirib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi “McKınsey and Company” şirkəti ilə böyük, ambisiyalı yol xəritəsi hazırlayıb: “Bu sənəd iki ili əhatə edir. Bu yol xəritəsi çərçivəsində kənd təsərrüfatında həm bitkiçilik, həm heyvandarlıq problemlərinin aradan qaldırılmasına yönələn modullar hazırlamaq nəzərdə tutulur. Bunlardan bir qismi – təxminən 10-a yaxını ya bitib, ya da ki, artıq bitmə perioduna yaxınlaşır”.

O əlavə edib ki, hazırda kənd təsərrüfatı sahəsində problemlər əsasən bitki xəstəlikləri, məhsul proqnozu, sahələrin xəritələnməsi, iqlim məlumatları və heyvandarlıq sahəsinin üzləşdiyi problemləri əhatə edir: “2026-cı ildə biz 16-dan artıq modulu istifadəyə verməyi planlaşdırdıq. Ümumilikdə, bu layihə 30-dan artıq modulu əhatə edir”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər