2020-ci ilin yanvar- sentyabr ayları üzrə kənd təsərüffatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6.83 mlrd manat təşkil etmişdir ki, onun da 3.23 mlrd manatı heyvandarlıq, 3.60 mlrd manatı isə bitkiçilik məhsullarının payına düşür
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərüffatının istehsalı 1.5%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3.1%, bitkiçilik məhsulları üzrə isə 0.1% artmışdır.
Məhsul yığımı başlanandan oktyabr ayının 1-nə kimi sahələrdən 446.1 min ton bostan məhsulları, 677.3 min ton meyvə və giləmeyvə yığılmışdır.
2020-ci il oktyabrın 1-i vәziyyәtinә uyğun olaraq ölkә üzrә 2665,0 min baş iribuynuzlu mal-qara (o cümlәdәn 1286,7 min baş inәk vә camış), 8308,6 min baş qoyun vә keçi, 5939 baş donuz mövcud olmuşdur. İribuynuzlu mal-qaranın 48,3 faizini inәk vә camışlar tәşkil edir.