8 C
Baku
Wednesday, December 4, 2024

“Kənddəki 5 ulduzlu oteldə niyə şəhər yumurtası yeməliyəm?”

Məşhurt aktyor- aparıcı İlkin Həsəni “Lankaran Springs Wellness Resort” otelindən şikayətçidir.  O, sosial şəbəkədə istirahət mərkəzindən foto paylaşaraq xidmətdən narazı olduğunu bildirib:

“Xidmət, mətbəx və qarşılama hələ ki, sıfır. Ümid edirəm, gələcəyə düzələr. Bazar günü səhər saat 6:53-də ərazidəki təmir səslərini qoyuram bir kənara”.

İlkin daha sonra sözügedən postda aparılan müzakirəyə qoşulub: “Səhər 7-də qəbul şöbəsinə zəng eləmişəm ki, biz drelin səsindən qaçıb bura gəlmişik, bu nədir, bu nə səsdir? Deyir ki, yəqin məcburiyyət qarşısında iş gedir”.

İ. Həsəni daha sonra qidadan da narazı olduğunu qeyd edib: “Niyə Lənkəranın Haftoni kəndində səhər yeməyində şəhər yumurtası yeyəsən?”

jjjjj

Bundan əlavə, İlkin “Bu gözəl memarlıq işi üçün əməyi keçən hər kəsə təşəkkürlər, əsla kiminsə işini aşağılamaq istəmirəm, amma məkan özü 5*-dursa bütün sahələri 5* olmalıdır”- deyə vurğulayıb. 

“Lankaran Springs Wellness Resort”la əlaqə saxlayıb, otelin satış mütəxəssisi Nail Abbasovun münasibətini öyrənib:

“İlkin bəyi oteldə iki dəfə görmüşəm. Hətta salamlaşmışıq da… Ondan soruşdum, söylədim ki, istirahət necədir? Cavab verdi ki, hər yaxşıdır, əladır. Şikayətini kaş ki, mənə desəydi. Sosial mediada işıqlandırmamışdan əvvəl bizim işçilərə üz tutardı. Bəlkə o zaman biz İlkin Həsəniyə köməklik göstərəcəkdik. Onunla danışan zaman hər şeyin gözəl olduğunu dedi. Mən yenə də maraqlanaram, çalışıram ki, İlkin bəyin özü ilə əlaqə saxlayım”. 

 

err

©Qafqazinfo.az
Son xəbərlər
Digər xəbərlər