Kənd Təsərrüfatı Nazirliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Kənddən Şəhərə” Yeni il yarmarkaları təşkil edib.
Nazirlikdən Banker.az-a daxil olan məlumata əsasən, bu gün paytaxtda fəaliyyətə başlayan yarmarkalar 30 dekabr tarixinədək davam edəcək.
“Kənddən Şəhərə” Yeni il yarmarkaları aşağıdakı ünvanlarda keçirilir:
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı)
Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı).