1 C
Baku
Sunday, March 9, 2025

“Kəpəz BOKT” keçən ili 1.8 mln. manatlıq xalis mənfəətlə bitirdiyni açıqladı

Bütün xərclər çıxıldıqdan sonra “Kəpəz BOKT” MMC-nin xalis mənfəəti 2024-cü ildə 1 milyon 778.04 min manat təşkil edib ki, bu da əvvəlki dövrlə müqayisədə 548.53 min manat daha yüksəkdir.

Banker.az bunu BOKT-nin təqdim etdiyi maliyyə hesabatına istinadən xəbər verir.

Kredit təşkilatının əsas fəaliyyət istiqaməti olan — faiz gəlirləri 2 milyon 737.58 min manatdan 3 milyon 423.94 min manata yüksəlib. Bu məbləğ tam olaraq fiziki şəxslərə şəxsi məqsədlər üçün verilmiş kreditlərdən əldə edilib.

Eyni zamanda, faiz xərcləri də artaraq 873.72 min manata çatıb. Bunun 161.10 min manatı banklardan cəlb olunmuş kreditlərə, 708.16 min manatı isə qiymətli kağızlar üzrə faiz xərclərinə aid olub.

Xalis faiz gəliri əvvəlki dövrlə müqayisədə 663.7 min manat artaraq 2 milyon 550.22 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 1 milyon 567.02 min manata yüksəlib.

Eyni zamanda, qeyri-faiz xərclərində də artım baş verib və 1 milyon 389.20 min manata çatıb. Bu xərclərin əsas hissəsi əməkhaqqı və digər kompensasiya ödənişlərinə (482.30 min manat) yönəldilib.

BALANS

Şirkətin aktivlərində də əhəmiyyətli artım müşahidə olunur. 2024-cü ilin məlumatlarına əsasən, pul vəsaitləri və onların ekvivalentləri 225.22 min manata yüksəlib. Müştərilərə verilmiş kreditlər kəskin artaraq 11 milyon 689.24 min manata çatıb.

Əsas vəsaitlər 395.59 min manata yüksələrək əvvəlki dövrə nisbətən üç dəfədən çox artım göstərib. Digər aktivlər də artaraq 1 milyon 572.39 min manata çatıb.

Cəlb edilmiş vəsaitlər isə 1 milyon 655.09 min manat, qiymətli kağızlar isə 4 milyon 70 min manat təşkil edib.

Xatırladaq ki, “Kəpəz” BOKT 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 000 000 manatdır və qanuni təmsilçisi Rəşad Əliyevdir. BOKT-nin nizamnamə kapitalının 100%-i Əbülfəz Əliyev Əlihəsən oğluna məxsusdur.

2343432 5534543534534534

Son xəbərlər
Digər xəbərlər