“Kəpəz” Bank Olmayan Kredit Təşkilatı MMC 2023-cü ildə borclanmanı bir qədər də artırıb, eyni zamanda kredit portfelini də yüksəldə bilib.
Banker.az xəbər verir ki, bu barədə BOKT-nin illik maliyyə hesabatında qeyd edilir.
Hesabata əsasən, BOKT-nin 3.58 mln. manat faiz gəliri və 287 min manat digər gəlirlərə qarşı xalis mənfəəti 1.39 milyon manat olub. BOKT-nin öncəki il cəmi 772 min manat xalis mənfəəti olmuşdu.
“Kəpəz” BOKT aktivlərində daha böyük gücü kredit portfelinə yönəldib ki, bununla da portfeli son bir ildə 10 faiz artımla 9 milyon manata çatıb. 1 yanvar 2024-cü il tarixinə BOKT-nin 9.77 mln. manat cəmi aktivləri mövcuddur.
BOKT-nin öhdəlikləri 6.08 mln. manatdan 6.32 mln. manata yüksəlib. Bu aktivlərin böyük hissəsini qiymətli kağızlar təşkil edir. Qiymətli kağızlar üzrə portfel son bir ildə 4.41 mln. manatdan 4.58 mln. manata yüksəlib.