“Kəpəz BOKT” MMC-nin səhmdarlarından biri payını satıb.
Banker.az xəbər verir ki, bu Kazım Əliyev Sultan oğludur. Onun BOKT-də 687 200 ədəd səhmi vardı və onların hər birini əsas səhmdar olan Əbülfəz Əliyev Əlihəsən oğluna satıb.
Bununla da onun BOKT-nin kapitalındakı səhmlərinin sayı 20 minə yüksəlib.
Xatırladaq ki, “Kəpəz BOKT” MMC 2013-cü ildə yaradılıb və 2 mln. manat nizamnamə kapitalı mövcuddur.