8 C
Baku
Sunday, November 17, 2024

Kərə və bitki yağlarının alışına görə 9 ayda Azərbaycandan 279 mln. dollar çıxarılıb 

2022-ci ilin 9 ayı ərzində (yanvar-sentyabr) Azərbaycana 80 milyon 961 min dollar dəyərində 14 027 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2021-ci ilin ilk 9 ayı ərzində Azərbaycana 57 milyon 466 min dollar dəyərində 11 237 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə kərə yağı idxalı miqdar ifadəsilə 2 790 ton və ya 25%, dəyər ifadəsilə 23 milyon 495 min dollar və ya 41% artıb.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 198 milyon 316 min dollar dəyərində 112 913 ton bitki mənşəli yağlar idxal edilib. 2021-ci ilin eyni dövründə isə Azərbaycana 155 min 514 min dollar dəyərində 111 161 ton bitki mənşəli yağlar idxal edilmişdir.

Belə ki, bitki mənşəli yağların idxalı miqdar ifadəsilə 1 752 ton və ya 1.6%, dəyər ifadəsilə 42 milyon 802 min dollar və ya 27.5% artıb.

Qeyd edək ki, kərə və bitki yağları idxalına görə 9 ayda Azərbaycandan 279 milyon 277 min dollar çıxarılıb.

Son xəbərlər
Digər xəbərlər