2025-ci ilin yanvar-mart aylarında Azərbaycana 53 milyon 721 min dollar dəyərində 7 685.51 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2024-cü ilin eyni ayında isə Azərbaycana 28 milyon 207 min dollar dəyərində 5 417.50 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Beləliklə, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı miqdar ifadəsilə 42%, dəyər ifadəsilə 2 dəfə artıb.