15 C
Baku
Sunday, November 24, 2024

Kərə yağı ölkədən 100 milyon dollara yaxın valyutanın çıxmasına səbəb olub

Azərbaycana idxal edilən kərə yağına çəkilən xərc artıb.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2022-cilin ilk 11 ayında Azərbaycana 96 milyon 765 min dollar dəyərində 16 755 ton kərə yağı idxal edilib. Ötən ilin eyni dövründə 70 milyon 112 min dollar dəyərində 13 480 ton kərə yağı idxal edilmişdi. Belə ki, idxal edilən kərə yağının dəyəri 38%, miqdarı isə 24.3% artıb.

1 ton kərə yağının orta statistik dəyəri ötən ilin ilk 11 ayında 5201 dollar ikən, cari ilin ilk 11 ayında 5775 dollar təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 22 704.6 ton kərə yağı istehsal edilib ki, bu da illik müqayisədə 3.4% azalıb.

Son xəbərlər
Digər xəbərlər