Azərbaycana idxal edilən kərə yağı azalıb.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 1 ton kərə yağının orta statistik dəyəri ötən ilin ilk 4 ayında 5492 dollar ikən, cari ilin ilk 4 ayında 5557 dollar təşkil edib.
2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 34 milyon 443 min dollar dəyərində 6 198 ton kərə yağı idxal edilib.
Ötən ilin eyni dövründə 39 milyon 814 min dollar dəyərində 7 250 ton kərə yağı idxal edilmişdi. Belə ki, idxal edilən kərə yağının dəyəri 13.5%, miqdarı isə 14.5% azalıb.