15 C
Baku
Saturday, April 20, 2024

Kərə yağı ölkədən 34 milyon dollar valyutanın çıxmasına səbəb olub, yerli istehsalı azalıb

2023-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 8 938.8 ton kərə yağı istehsal edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin rəsmi statistik göstəricilərinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə 2% azdır.

Qeyd edilən dövrdə Azərbaycana idxal edilən kərə yağı azalıb. Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlər görə, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 34 milyon 443 min dollar dəyərində 6 198 ton kərə yağı idxal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal edilən kərə yağının dəyəri 13.5%, miqdarı isə 14.5% azalıb.

1 ton kərə yağının orta statistik dəyəri isə  ötən ilin ilk 4 ayında 5 492 dollar ikən, cari ilin ilk 4 ayında 5 557 dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər