24 C
Baku
Thursday, April 24, 2025

Kərə yağının daxildə istehsalı düşür, idxaldan asılılıq artır, qiymətlər hər gün qalxır

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın xaricdən idxal etdiyi kərə yağı miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artaraq 3 727 tona çatıb. Kərə yağının öncəki illə müqayisədə cari ildə orta idxal qiymət 32 faiz baha olarkən ölkə daxilində istehsal da düşüb.

Banker.az xəbər verir ki, bu isə 2024-cü ilin ilk iki ayı ilə müqayisədə 780 tona yaxın artım deməkdir. Dəyər baxımından isə idxal 15.42 mln dollardan 25.74 mln dollara yüksəlib ki, bu da təxminən 67% artımı göstərir.

2024-cü ilin yanvar-fevralında kərə yağının hər tonu orta hesabla təxminən 5 234 dollar təşkil edirdisə, 2025-ci ildə bu göstərici 6 906 dollara yüksəlib. Bu isə 1 ton kərə yağının orta idxal qiymətində 32% artım deməkdir. Xaricdə kərə yağının qiymətinə bir sıra məsələlər təsir edir. Bunlardan əsasən süd istehsalındakı kiçilməsi ilə istehsaldakı azalma və tələbin ilbəil qalxmasıdır.

Kərə yağı idxalında ən böyük payı ötən illərdə olduğu kimi İran İslam RespublikasıYeni Zelandiya təşkil edir. İranın payı 2024-cü ildə 1 356 ton olduğu halda, bu il 1 620 tona qalxıb. Dəyər baxımından da artım müşahidə olunub – 9.98 min dollar.

Yeni Zelandiyadan idxal isə nisbətən az artaraq 1 040 tondan 1 101 tona qalxıb, dəyər isə 6.2 min dollardan 8.1 mln dollara yüksəlib.

Bu dövrdə diqqətçəkən yeni mənbələrdən biri Hindistandır – ötən ilin eyni dövründə bu ölkədən idxal qeydə alınmasa da, bu il 210 ton kərə yağı 1.09 mln dollar dəyərində gətirilib.

Keçən il idxal olunan kərə yağlarının bir kiloqramı daxili bazarda 19.67 manat olarkən, artıq orta qiymət 23.34 manata yüksəlib. Qiymət artımları isə supermarketlərdə az qala hər həftə öncəkindən qəpik fərqlə baha satılmaqdadır.

Daxili bazardan isə ürəkaçan siqnal gəlmir. Rəsmi statistikaya əaslansaq, 2025-ci ilin birinci rübündə kərə yağının istehsal həcmi 6 431 ton olmaqla öncəki ilin eyni dövründən 1.9 faiz geri qalır. Bir məhsula ölkə daxilində tələb yüksələrkən daxili bazarda istehsalın düşməsi qiymət artımlarında təzyiqi davam etdirəcəyinə əsas verir. Çünki, idxal olunan məhsulların növbəti illərdə ucuzlaşma kimi ehtimalı bahalaşmasından daha azdır.

Keçən il ölkədə 29 064 ton kərə yağı istehsal edildiyi halda, ölkə xaricdən 24 507 ton kərə yağı alıb. Hətta 2023-cü ildə 27 022 ton daxili bazarda istehsal edilərkən, cəmi 15 963 tonunu xaricdən idxal edilirdi. Dövlət Statistika Komitəsinin məlumatına görə, istehsalda xam malın mənbəyi olan inəklərin sayı isə son dörd ildə 67 min baş azalaraq 1 milyon 220 min başa düşüb.

342342342423423442342

 

Son xəbərlər
Digər xəbərlər