Azərbaycana idxal edilən kərə yağı azalıb.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 1 ton kərə yağının orta statistik dəyəri 2022-ci ildə 5828 dollar ikən, 2023-cü ildə 5568 dollar təşkil edib.
2023-cü ildə Azərbaycana 92 milyon 416 min dollar dəyərində 16 597 ton kərə yağı idxal edilib.
Ötən ilin eyni dövründə 108 milyon 182 min dollar dəyərində 18 563 ton kərə yağı idxal edilmişdi. Belə ki, idxal edilən kərə yağının dəyəri 15%, miqdarı isə 11% azalıb.