Əmlak Məsələləri Dövlət Komitəsi kəsiri örtmək üçün 2018-ci il dövlət büdcəsinə 100 milyon manat köçürəcək.
Banker.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib.
K.Həsənov qeyd edib ki, nəzərdə tutulan bu məbləğdən artıq 80 milyon manat ödənilib: “İlin sonunadək həmin məbləği tamamilə köçürməyə çalışacağıq”.