Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyir ki, ölkə iqtisadiyyatının hazırkı səviyyəyə çatmasında özəlləşdirmənin rolu az deyil
“İqtisadiyyatımızın hazırki səviyyəyə çatmasında özəlləşdirmənin rolu az olmayıb”. Bunu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib.
“Minlərlə dövlət müəssisəsi, on minlərlə kişik müəssisə, dövlət obyekti uğurlu özəlləşdirmə nəticəsində sahibkarların özəl mülkiyyətinə keçib. Özəlləşdirilmiş müəssisələrdə çoxlu sayda iş yerləri yaradılıb, rəqabət qabiliyyətli və ixrac yönümlü məhsulların istehsalı təmin olunub”. “Təkcə investisiya müsabiqələrindəki özəlləşdirmə vasitəsiylə ölkə iqtisadiyyatına təxminən 1,1 milyarddan çox investisiyalar yatırılıb, istehsalın həcmi 1,5 milyarddan artıq olub. Hesablamalara görə, özəlləşdirilmiş müəssisələrdə 320 mindən çox iş yeri yaradılıb” – deyə o bildirib.