10 C
Baku
Thursday, December 12, 2024

Kərim Vəliyev pakistanlı həmkarını Ermənistanın sərhəddə törətdiyi təxribatlar barədə məlumatlandırıb

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Parlamentin Müdafiə Palatasını ziyarət edərək bu ölkənin Federal müdafiə naziri Asif Muhammed Xavaca ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiirlib ki, qonaqları salamlayan Pakistanın müdafiə naziri Azərbaycan ilə Pakistan arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ölkəmizlə hərbi əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Dövlətlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərdə qarşılıqlı dəstək göstərdiyini qeyd edən nazir ölkələrimizin yerləşdiyi bölgələrdə yaranmış vəziyyət və yeni çağırışların hərbi əməkdaşlığımızın möhkəmləndirilməsini zəruri etdiyini diqqətə çatdırıb.

Asif Muhammed Xavaca hər iki ölkə ordularının döyüş qabiliyyətinin artırılması, bu sahədə təcrübə mübadiləsinin aparılması, habelə əldə olunan nailiyyətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Qəbula görə təşəkkürünü bildirən general-polkovnik K.Vəliyev Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını A.M.Xavacaya çatdırıb.

Baş Qərargah rəisi Pakistanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu xüsusi qeyd edib.

General-polkovnik K.Vəliyev azad edilmiş ərazilərdə aparılan mühəndis və bərpa-quruculuq işləri, həmçinin Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə törətdiyi təxribatlar və bu təxribatlara qarşı görülən tədbirlər barədə Pakistanın müdafiə nazirinə ətraflı məlumat verib.

Tərəflər birgə təlimlərin keçirilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, o cümlədən qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib, Azərbaycan ilə Pakistan arasında hərbi və hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov da iştirak edib.

Son xəbərlər
Digər xəbərlər