18 C
Baku
Thursday, October 16, 2025

Kərkicahana köçlə bağlı işlər görülür

III Milli Şəhərsalma Forumunun Xankəndidə keçirilməsi regionda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin, müasir şəhərsalma prinsiplərinin tətbiqinin və dayanıqlı inkişafın nümayişidir. Bu forum, eyni zamanda, beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini bir daha göstərir. Bu, sadəcə bir forum deyil, bu, azad edilmiş torpaqlarımızda yenidənqurmanın, bərpanın və inkişafın simvoludur.

Bunu Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.

E.Yusubov bildirib ki, Xankəndi şəhəri Azərbaycanın gələcəyinin modeli kimi formalaşır, burada həyata keçirilən layihələr insan mərkəzli inkişaf və ekoloji tarazlıq prinsiplərinə əsaslanır. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində 19 yaşayış məntəqəsinə, o cümlədən Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Ağdərə rayonunun 7 kəndinə və Xocalı rayonunun 11 kəndinə əhalinin köçü ilə bağlı işlər görülür. Artıq 22 mindən çox şəxs doğma torpaqlarda məskunlaşıb. Bölgəyə 65 milyon manatdan çox investisiya yatırılıb, fəaliyyətə başlamış obyektlər üzrə 3 mindən artıq şəxs işlə təmin olunub.

E. Yusubov qeyd edib ki, Xankəndidə keçirilən forum beynəlxalq əməkdaşlıq, yaşıl enerji və dayanıqlı inkişaf prinsiplərinin müzakirəsi üçün mühüm platformadır və Qarabağın gələcək inkişafına yeni impuls verəcək.

Son xəbərlər
Digər xəbərlər