Son on ildə kəşfiyyat və istehsal sahələrində investisiyaların azalması səbəbindən dünya neft təchizatında böhran ola bilər.
Bunu “Saudi Aramco”nun prezidenti və icraçı direktoru Əmin ən-Nasir “Financial Times” qəzetinə müsahibəsində deyib.
“Dünyada neftə olan tələbat artsa da, ciddi şəkildə investisiya qoyuluşu bərpa olunmazsa, neft təchizatında böhran yarana bilər”, – deyə Əmin ən-Nasir vurğulayıb.
Yeri gəlmişkən, OPEK-in Baş katibi Heysəm əl-Ğays da Moskvada keçirilən “2025-ci il Rusiyanın Enerji Həftəsi” konfransında neft və qaz sektorlarının daha çox investisiyaya ehtiyacı olduğunu qeyd edib. O, dünyada 2050-ci ilə qədər indiki səviyyələrə nisbətən 23% daha çox enerjiyə ehtiyac olacağını vurğulayıb.
Beynəlxalq Enerji Agentliyinin proqnozlarına əsasən, bu il neft və qaz sahəsinə olan investisiyaların 6% azalaraq 420 milyard dollara enməsi gözlənilir. Bu koronavirus pandemiyasından bəri ilk illik azalma olacaq.