15 C
Baku
Friday, March 29, 2024

“K Residence” — London zərifliyi və incəliyi Bakının düz mərkəzində — FOTO

®Bu gün Bakı sakinləri arasında çoxfunksiyalı yaşayış komplekslərində yerləşən mənzillərə tələbat daim artır.

Bu cür daşınmaz əmlaka sahib olmaq çox rahatdır, çünki burada yaşayışın komfortu, abadlığı və təhlükəsizliyi üçün mövcud olan bütün tədbirlər dəqiqliyi ilə nəzərə alınıb.

Mənzil almaq hər zaman çox ciddi addım olub — buna əsaslı şəkildə yanaşmaq və yüksək tikinti standartları, keyfiyyətli və təhlükəsiz həyat tərzi, ekoloji mühit və s. kimi bir çox vacib amilləri nəzərə almaq lazımdır.

Mənzil alışına diqqətləmi yanaşırsınız? Ən xırda detalları öyrənib, hər şeydə ən yaxşı və ən yüksək keyfiyyət tələb edirsinizmi? O zaman, Bakının mərkəzində 8 Noyabr prospekti, 151 ünvanında yerləşən “K Residence” premium yaşayış kompleksi sizin üçün ideal seçimdir!

“K Residence” XVIII əsrin regentlik dövrünün memarlığından ilhamlanan zahiri eleqantlığa və zərifliyə, daxili komforta və abadlığa malik olması ilə yanaşı sakinlərin statusunu ustalıqla əks etdirir və vurğulayır. Bu kompleks o tarixi dövrün əsas ideallarını və dəbdəbəsini nəzərə almaqla ən sərt standartlara əsaslanaraq işlənib hazırlanmışdır və şıq həyat tərzi üçün idealdır.

“K Residence” Bakının mərkəzində kiçik bir Londondur — burada İngiltərə paytaxtının sözlə təsvir olunmayan əzəməti, möhtəşəmliyi, sakitliyi hökm sürürür. Tikinti zamanı bənzərsiz London cazibəsini maksimal dərəcədə dəqiq əks etdirən, sakinlərini Londonun ən dəbli və ən müasir Naytsbric rayonunun aurasına qərq edən yaşayış kompleksidir.

“K Residence”ın ümumi estetikasını daha da gözəlləşdirən onun yaşıllığıdır — 24 hektar ərazinin 70%-ni əhatə edən bağlar sakinlərin ümumi sağlamlığının və rifahının yaxşılaşdırılmasına töhfə verən, stresdən azad edən və psixi sağlamlığı yaxşılaşdıran eleqant və eksklüziv bağlar. Bu yaşıllıq hətta yaşayış kompleksinin əlavə bəzəyidir, gün ərzində görüşlər və ailə istirahəti üçün gözəl yerdir. Üstəlik, Xəzər dənizi yaxınlığında yerləşdiyinə görə buradakı hava həmişə təmizdir — toksinlər, toz və allergenlər yoxdur.

Yüksək ixtisaslı mütəxəssislər buradakı torpağın və havanın ətraflı araşdırmasını aparıblar və nəticəyə gəliblər ki, bu məkanda ekologiya ən yaxşı səviyyədədir.

“K Residence” mənzillərinin alınmasını cəlbedici edən daha bir fakt odur ki, bu, yaşamağa hazır olan tamamlanmış və tam istifadəyə verilmiş bir layihədir. Bu o deməkdir ki, burada potensial alıcıların tikintinin bitməsini müəyyən müddət gözləmək və ya şərtlərin gözlənilməz şəkildə pozulması riski yoxdur — alıcı yaşayış kompleksin tamamlanmış mənzilini, hazır evini, inkişaf etdirilmiş infrastrukturunu dərhal qiymətləndirə və ala bilər.

“K Residence” yaşayış kompleksində təhlükəsizlik və rahatlıq məsələlərində yüksək beynəlxalq keyfiyyət standartları tətbiq olunur — yanğından mühafizə sistemi mükəmməl düşünülmüşdür; kompleks müasir təhlükəsizlik sistemi ilə təchiz olunmuşdur — burada 7/24 təhlükəsizlik və videonəzarət xidməti həyata keçirilir. Kompleks haqqında danışarkən, təkmilləşdirilmiş sistemi, sakinlərə rahatlıq və etibarlılıq hissi verən geniş yeraltı dayanacaqları da qeyd etmək lazımdır.

“K Residence”in yaradıcısı və inşaatçısı yenilikçi komandası ilə tanınan və müstəsna sənətkarlıq və ən yüksək peşəkarlıqla özünü təsdiq edən Paşa İnşaat qabaqcıl dizayn və tikinti şirkətidir. Kompleksin layihəsi üzərində işlərə memarlıq elementlərinin sintezi sahəsində müstəsna lider olan Chapman Taylor şirkətinin dünyaşöhrətli memarları, usta planlayıcıları və beynəlxalq mükafatların laureatları da cəlb edilmişdir.

Landşaft dizaynı isə çoxsaylı nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüş və dünyanın ən lüks mülkləri ilə çalışan Scape tərəfindən həyata keçirilmişdir. Kompleksin interyer dizayneri Robert Encella xüsusən “K Residence” üçün eksklüziv layihə hazırlamışdır — yaratdığı hər interyer zamansızdır və görkəmli modernistlərin üslubuna əsaslanır.

Məkana gəldikdə isə, bura ən perspektivli yerdir, çünki Bakı daim böyüyür, inkişaf edir və “K Residence”in yerləşdiyi Ağ Şəhər bir müddətdən sonra daha da populyarlaşacaq və arzulanan olacaq. Kompleksin yaxınlığında tikilməkdə olan metrostansiya, bir çox məşhur restoran və moda butikləri, piyada məsafədə isə Nizami Parkı və Villa Petrolea var. Yerin başqa bir üstünlüyü Dənizkənarı Milli Parkın (Bulvarın) yaxınlığı və gözəl Xəzər dənizinə açılan bənzərsiz mənzərədir.

Kompleks haqqında daha ətraflı məlumatı satış şöbəsindən aşağıdakı əlaqə nömrələri ilə əldə edə bilərsiniz: + 99412-525-12-34, + 99451-577-12-34 (satış şöbəsinin iş qrafiki hər gün saat 10:00-dan 19:00-dək)

Rəsmi sayt – https://www.kresidence.az/

Instagram – https://www.instagram.com/k.residencebaku/

13

Son xəbərlər
Digər xəbərlər