13 C
Baku
Friday, March 29, 2024

Kabil aeroportu rəsmi olaraq daxili və beynəlxalq uçuşları bərpa edib

Kabil Beynəlxalq Hava Limanı bu gün rəsmi olaraq daxili və beynəlxalq uçuşları bərpa edib.

“Khaama Press” agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin Mülki Aviasiya Departamenti məlumat yayıb.

Mülki Aviasiya Departamenti hava limanının əsasən səhər saat 06:00-dan axşam saat 18:00-aa qədər gündəlik 12 saat işlədiyini açıqlayıb.

Bildirilib ki, ilk ticari beynəlxalq uçuş sentyabrın 19-da İslamabada olub.

Xatırladaq ki, “Taliban”ın ölkəyə nəzarəti tam ələ keçirməsindən sonra hava limanında baş verən xaos və avqustun 26-da aeroport yaxınlığında törədilən terror aktı nəticəsində Kabil hava limanının uçuş-enmə zolağına və terminallara ciddi ziyan dəyib. Hava limanının fəaliyyətinin bərpasına Qətər və Türkiyədən olan texniklər kömək edib.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər