Kabil hava limanından uçuşlar dayandırılıb

Əfqanıstanın Milli Aviasiya İdarəsi Kabil hava limanından bütün uçuşların dayandırıldığını açıqlayıb.

Banker.az bu barədə “RİA Novosti”ə istinadən xəbər verir.

“Kabil hava limanından bütün uçuşlar dayandırılıb”, – deyə mesajda bildirilir. İdarə həmçinin vətəndaşları “izdihamdan və ondan irəli gələn mənfi nəticələrdən qaçmaq üçün” hava limanına getməməyə çağırıb.

Qeyd olunur ki, hal-hazırda həm Əfqanıstanın əyalətləri arasında, həm də xaricə uçuşları bərpa edilməsi üçün işlər aparılır.

Son xəbərlər
Digər xəbərlər