9 C
Baku
Friday, December 13, 2024

Kabil hava limanının yaxınlığında atışma baş verib

Kabil hava limanının yaxınlığında atışma baş verib. Xatırladaq ki, 15 avqustda taliblər Kabilə daxil olub. Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk etməli olub.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Verilən məlumata görə, qaçarkən Qanini pulla dolu dörd maşın müşayiət edib. Vəsaitlərin hamısı helikopterə sığmayıb və buna görə də pulun bir hissəsi uçuş sahəsində qalıb. Məbləğin böyük olmasına görə prezidentin büdcədən pul oğurlayaraq qaçmağa çalışdığı ehtimal olunub.

Son xəbərlər
Digər xəbərlər