Əfqanıstan və Rusiya ölkədə “Mir” bank kartlarının qəbulunu müzakirə edirlər. Bu barədə “İzvestiya” qəzetinə verdiyi müsahibədə ölkənin Rusiyadakı səfiri Gül Həsən məlumat verib. Onun sözlərinə görə, bu addım ticarət əlaqələrinin inkişafına və Rusiyadan turistlərin cəlb edilməsinə kömək edəcək.
“Danışıqlar davam edir. Bizim üçün vacibdir ki, alış-veriş zamanı maliyyə əməliyyatları heç bir məhdudiyyət və problem olmadan həyata keçirilsin”, — deyə səfir bildirib.
Ekspertlərin qəzetə verdiyi məlumata görə, qərarın qəbul edilməsi zamanı bir sıra çətinliklər yarana bilər. Bunlara Əfqanıstanda bank terminallarının olmaması, eləcə də 2021-ci ildə “Taliban”ın hakimiyyətə qayıdışından sonra ölkəyə tətbiq olunan beynəlxalq sanksiyalar daxildir.