Çeçenistanın rəhbəri Ramzan Kadırov məzlum xalqların maraqlarını qorumaq üçün ordu yaratmağı düşündüyünü bildirib.
O, bu barədə jurnalistlərə Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində silahların təqdimatı zamanı bildirib.
“Son vaxtlar mən yaxşı ordu yaratmaq barədə daha çox düşünürəm ki, onlar müxtəlif dövlətlərə köçsünlər və bu gün öz demokratiyası ilə daxil olan ölkələri məhv edən və öldürən xalqları qorusunlar”, – Çeçenistan rəhbəri qeyd edib.
O, bu ordunun yalnız asayişin bərpası üçün canlarını verməyə hazır olan vətənpərvərlərdən ibarət olacağını bəyan edib. “Bu, çox çətin yoldur, lakin biz buna çalışırıq və irəliləyirik”, – Kadırov əlavə edib.
Bundan əvvəl Kadırov dövlət qulluğunda işini başa vurduqdan sonra özəl hərbi şirkət yaratmaq niyyətindən danışıb .