13.3 C
Baku
Bazar ertəsi, Noyabr 29, 2021

Kadr kargüzarlığı və əməyin ödənilməsi şöbəsinin mütəxəssisi  – Atəşgah Sığorta

Kadr kargüzarlığı və əməyin ödənilməsi şöbəsinin mütəxəssisi 

Namizədə tələblər

• Yaş: 23-30
• Təhsil: Ali
• İş təcrübəsi: minimum 1-2 il
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), əlavə olaraq Ingilis dili  (arzuolunandır)

Əsas vəzifə öhdəlikləri

• Əmək qanunvericiliyinə, əsasnaməyə, təlimatlara və İdarə Heyəti sədrinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbulunu, bir vəzifədən digər vəzifəyə keçirilməsini və işdən azad edilməsini həyata keçirmək, işçilərin şəxsi işlərini hazırlamaq;
• Əmək kitabçalarını qəbul etmək, qeydlər aparmaq, əmək stajını hesablamaq, yeni əmək kitabçaları sifariş etmək;
• İşçi heyətin mükafatlandırılması üçün məlumat hazırlamaq;
• İş vaxtının qeydiyyat cədvəlini hazırlamaq;
• Müəyyən olunmuş müddət bitdikdən sonra sənədlərin arxivə təhvil verilməsini həyata keçirmək;
• İşçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədilə attestasiyasının keçirilməsind’ köməklik göstərir;
• Pensiya sığortasına dair müvafiq sənədləri hazırlamaq və onların sosial təminat orqanlarına təqdim etmək;
• İşçilərə əmək fəaliyyətlərinə dair arayışlar və xasiyyətnamələr hazırlamaq və təqdim etmək;
• Məzuniyyət cədvəlinin təşkil etmək, işçilərin istifadə etdiyi məzuniyyətləri siyahıya almaq, təsdiq edilmiş cədvələ müvafiq olaraq növbəti və əlavə məzuniyyətləri rəsmiləşdirilmək;
• Ezamiyyətləri rəsmiləşdirmək və siyahıya almaq;
• Şirkət daxilində işçilərə müxtəlif xarakterli elektron məlumatlar göndərmək;
• İşçilərin şikayət və ərizələrinə qəbul etmək;
• Şöbəyə aid yeni layihələri həyata keçirmək;
• Birbaşa rəhbərinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirir

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
• Sabit əmək haqqı sınaq müddətində 400 AZN
• Sınaq müddətindən sonra 600 AZN

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Kadr kargüzarlığı və əməyin ödənilməsi şöbəsinin mütəxəssisi  qeyd etmələri xahiş olunur.

Son xəbərlər
Oxşar xəbərlər
X