22 C
Baku
Sunday, September 8, 2024

Kadrlar şöbəsi – müdir – ParaBank

• Ali təhsil;
• Məsuliyyətli olmalı;
• Komandada işləmə bacarığı,
• Ünsiyyət qurabilmə qabiliyyəti;
• Azərbaycan, Rus dilində sərbəst danışıq bacarığı
• Kadrların idarəedilməsi sahəsində minimum 3 il iş təcrübəsi;

Əsas vəzifələr
• Bankın strateji məqsədlərinin inkişafının həyata keçirilməsində iştirak etmək;
• Bankın məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün kadr tələblərinin müəyyən edilməsində birbaşa iştirak etmək;
• Bank üzrə potensial işçi mənbələrinin müəyyən edilməsi;
• İşçilərin şəxsi işlərinin avtomatlaşdırılması və elektron arxivin yaradılması işinin təşkili;
• İş təhlilinin aparılması və vəzifə təlimatlarının yazılması;
• Vəzifələr üzrə əsas iş funksiyalarının müəyyən edilməsi və sənədləşdirilməsi;
• İnsan Resurslarının hərəkəti barədə İdarə Heyətinin qərar, əmr və sərəncamlarının hazırlanması və onun icrasının təmin edilməsinə nəzarət;
• Müvafiq dövlət idarələrinə və hesabat verilən təşkilatlara aylıq və illik hesabatın hazırlanmasına birbaşa nəzarətin həyata keçirilməsi;
• Bankın məqsədlərinə nail olmaq üçün lazım olan bilik və bacarıqları inkişaf etdirmək, iş prossesində ortaya çıxan problemlərinin  həllinə kömək göstərmək;
• Yüksək göstəriciləri olan işçilərin bankda qalmasını nizamlayan, bankın məqsədlərinə nail olmasını dəstəkləyən və yüksək effektivliyi təmin edən müavinat və mükafatlar sistemini yaradılması;
• Əmək haqqı üzrə tabellərin hazırlanmasına nəzarət etmək;
• İşdən azad etmə və vəzifə dəyişmənin işçilərə olan neqativ təsirini nəzərə alaraq onun peşəkar, ədalətli və işçiyə və kollektivə mümkün qədər az təsir göstərən idarə olunması ƏM çərçivəsində təmin edilməsi;

CV-ləri Kadrlar şöbəsi – müdir  mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər