7 C
Baku
Thursday, December 12, 2024

Kadrlar şöbəsinin mütəxəssisi – Xalq Bank

Vəzifə: Kadrlar şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

 Ali magistr təhsili (Maliyyə, İqtisadiyyat, Menecment, Bank işi və Hüquq);
 Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək (ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır);
 Bu sahədə 3 (üç) ildən artıq təçrübə;
 Əmək qanunvericiliyinin əsaslarını bilmək;
 Namizədlərin məlumatlarının 1C 8.2 versiyasında işləyə bilməsi;
 Təlim, sertifikatlaşdırma, uygunlaşma fəaliyyətinin qurulması və həyata keçirilməsinin prinsipləri;
 Kompüter bilikləri;
 Ofis ləvazimatları (printer, scanner, fax) ilə işləmək bacarığı;
 Ünsiyyətcil, təşəbbüskar;
 Komandada işləmək bacarığı;
 Stressə davamlılıq;
 İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

İŞİN TƏSVİRİ:

 Bank üzrə vakant yerlərin araşdırılması, həmin iş yeri üzrə elanın hazırlanması və elanın müvafiq internet saytlarında yerləşdirilməsi;
 Vakansiya olan iş yeri üzrə daxil olan müraciətlərin müvafiq vəzifə tələblərinə uyğunluğunun yoxlanılması;
 Daxil olan CV-lərin qeydiyyatı, namizədlərin vahid bazasının yaradılması;
 Vakansiya olan iş yeri və Bankın işçi heyətinin vəzifə artımı ilə bağlı imtahanların, müsahibələrin təşkili;
 Namizədlərin zənglərinin cavablandırılması, qəbul еdilmiş məlumаtlаrın qеydiyyаtının  аpаrılması və оnlаrın məzmunu bаrədə müvаfiq şəхslərin məlumаtlаndırılması;
 İşçi heyətinə təlim ehtiyaclarının müəyyən edilməsi;
 Təlimlərin, seminarların təşkili;
 Təlim müəssisisələri ilə mütamadi olaraq işləmək, aidiyyatı müqavilə və sazişləri hazırlamaq;
 Ödənişlərin həyata keçirilməsi və onlara nəzarət etmək;
 Bankın kitabxanasına nəzarət, yeni kitabların alınması və onların müvafiq qeydiyyatının təmin edilməsi;
 Kadr işi ilə əlaqədar tələb olunan işlərin görülməsi, zəruri hesabatların hazırlanması.

QEYD:  Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E – mail:   [email protected]
Telefon:   (012) 404 43 39
Faks:      (012) 404 43 34

Son xəbərlər
Digər xəbərlər