Azərbaycanda sərt karantindən sonra bəlkədə açılması ən səbirsizliklə gözlənilən sahələrdən biridə kafe və restoranların açılışıdır. Bunu həm şəhər sakinləri, həmdə işlərindən məhrum olmuş sahibkar və bu bizneslərdə çalışan şəxslərdir.
Məlumat üçün bildirək ki, hazırda sərt karantina rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında tətbiq edilir. Yəni bu regionlarda fəaliyyət göstərən restoran və kafelər hələki qapalı şəkildə qalıblar.
Lakin, 08 avqust tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirmişdir ki, 17 avqust tarixindən kafe və restoranların açılması haqqında müzakirələr aparılır. Böyük ehtimalla, koronavirusa yoluxma hallarında sürətli artım olmasa bu tarixdən restoran və kafelərin işi bərpa ediləcəkdir.
Hansı restoran və kafelərin açılması gözlənilir?
Əldə olunan ilkin məlumatlara görə, birinci mərhələdə, yəni 17 avqust tarixindən yalnız açıq havada olan restoran və kafelərin fəaliyyətinə icazə veriləcək.
Kafe və restoranların fəaliyyəti əvvəlki qaydada aparılacaq ya yansısa qaydalar nəzərdə tutulub?
Artıq AQTA ( Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi) tərəfindən karantin dövründə kafe və restoranların fəaliyyətini tənzimləyən qaydalar hazırlanmışdır. Onlar aşağıdakılardan ibarətdir.
– Hər bir şəxs ictimai iaşə müəssisələrinə daxil olarkən pandemiya şəraitinin tələblərinə mütləq əməl etməli, eyni zamanda həmin müəssisədə bu qaydalara əməl olunması üçün ictimai nəzarətin təmin olunmasında iştirak etməlidir.
– İctimai iaşə müəssisələrinə müştəri qəbulu 2 dəfə azaldılmalı və adambaşına müəyyən edilən sahə 2 qat artırılmalıdır.
– Qida qəbulu zallarında, otaqlarda və açıq məkanlarda masalararası məsafə 2 metr, masalar arxasındakı oturacaqlar arasındakı məsafə isə 1 metrdən az olmamalıdır.
– Bu cür məkanlarda mütəmadi dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici məhlulların yerləşdirilməsi təmin olunmalıdır. Qida qəbulu zallarında, otaqlarda və açıq məkanlarda sərinkeşlərdən (ventilyatorlardan) istifadə olunmamalı, təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir.
– Müəssisə təmizlik vasitələri, dezinfeksiyaedici maddələrlə, axar isti və soyuq su təchizatı ilə daimi olaraq təmin edilməlidir. Sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanması şərtdir.
– İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.
– Məhsulların, mətbəxdə istifadə olunan əşya və avadanlıqların istifadədən əvvəl təmizliyinə diqqət edilməlidir.
- Yeməklər hazırlanarkən termiki emala düzgün əməl olunmalıdır.
Bundan əlavə olaraq, Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərarıda mövcuddur ki, bu qərara 11 avqust tarixində müəyyən dəyişikliklər edilmişdir.
Bir məsələnidə qeyd edək ki, 08 avqust tarixində Baş nazir Əli Əsədov maraqlı bir sistat işlətmişdir.
“Qəbul olunmuş qaydalara əməl olunmasına əsas məsuliyyət daşıyan orqanlar kimi şəhər və rayon İcra hakimiyyətləri, hüquq-mühafizə orqanları-Prokurorluq, DİN, DTX, səhiyyə strukturları və fəaliyyətinə icazə verilmiş sahələrdəki sahibkarlardır. Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalara görə məsuliyyət tam olaraq sahibkarların üzərinə düşəcək”.
Odurki, fəaliyyəti bərpa olunan restoran və kafelərin sahibləri bu məsələdə olduqa diqqətli və ehtiyatlı olmalıdırlar.