“ICE Futures” məlumatlarına görə, kakao paxlasının qiyməti ticarət tarixində ilk dəfə olaraq bir ton üçün 11 min dolları ötüb. Beləliklə, bir ton kakao paxlasının maya dəyəri pik həddində 11 068 dollara çatıb.
Kakao paxlasının əvvəlki tarixi maksimumu martın 26-da, birjada qiymət 10 080 dollara çatanda qeydə alınıb.
Aprelin 13-də “RFI” radiostansiyasının verdiyi məlumata görə, Kot-d’İvuardakı kakao paxlası istehsalçılarının aparıcı təşkilatları, bu məhsulun dünyada ən böyük tədarükçüsü olan “Le Synap CI” və “l’Anaproci” hakimiyyət orqanlarından alış qiymətlərini artırmağı tələb ediblər.