28 C
Baku
Saturday, July 27, 2024

“Kalibr” raketlərinin yaradıcısı vəfat edib

“Kalibr” raketlərinin yaradıcısı, “Almaz-Antey” aerokosmik müdafiə konserninin (VKO) elmi direktoru Pavel Kamnev 86 yaşında vəfat edib.

Bu barədə konsernin mətbuat xidməti məlumat yayıb.

Kamnev 1937-ci ildə Mahaçqalada anadan olub. Moskva Aviasiya İnstitutunu bitirdikdən sonra M.İ.Kalinin adına Sverdlovsk Maşınqayırma Zavodunda mühəndislikdən baş konstruktorun birinci müavini vəzifəsinə qədər işləyib.

Rusiya Prezidenti Vladimir Putinin 21 aprel 2016-cı il tarixli fərmanı ilə Pavel Kamnev Rusiya Federasiyasının Əmək Qəhrəmanı adına layiq görülüb.

O, 20-dən çox ixtiranın müəllifi, 300-dən çox elmi əsərin həmmüəllifidir.

Son xəbərlər
Digər xəbərlər