Kaliforniyada baş verən yanğınların iqtisadi zərəri 250 milyard dolları ötüb, bu barədə “AccuWeather” konsaltinq şirkəti məlumat verib. Xatırladaq ki, daha əvvəl Donald Tramp Los-Anceles ətrafında davam edən meşə yanğınlarını nüvə zərbəsi ilə müqayisə edib.
“Vəziyyət televiziyada gördüyünüzdən daha pisdir. Mən inanıram ki, oradakı dağıntılar nüvə zərbəsindən sonrakı dağıntılardan daha böyükdür”, – deyə Tramp bildirib.
Yanvarın 7-də Los-Anceles qraflığında meşə yanğınları yayılmağa başlayıb. Meteoroloqların sözlərinə görə, yanğının sürətlə yayılmasına quru və çox küləkli hava səbəb olub. Yanğınların ümumi sahəsi 16 min hektarı ötüb. Yanğın 12300-dən çox binanı, o cümlədən prestijli ərazilərdə məşhurların mülklərini məhv edib, 24 nəfər vəfat edib.