14 C
Baku
Thursday, April 25, 2024

Kaliforniyalı alimlər sabahın batareyaları üzərində çalışır

Lityum-ion batareyaları çoxlu sayda cihazların əsas enerji mənbəyidir.

Biz bu batareyaları olmalı imiş kimi qəbul edir, tez zəiflədiyini deyib, şikayət edirik.

Şirli Menq, Kaliforniya Universiteti, San Dieqo:“Cəmiyyət batareyalar artıq olduğu kimi qəbul edir. Bu artıq köhnə mövzudur.”

Milli Elm Fondunun köməkliyi ilə alim Şirli Menq və onun San Dieqo Kaliforniya Universitetindəki komandası yeni nəsil batareyalar üzərində çalışır. Bu batareyalar lityum üzərində deyil, sodyum üzərində hazırlanır. Menq deyir ki, iş hələ davam edir.

Şirli Menq:“İndiki batareyaların enerji sıxlığı iki, üç dəfə artırıla bilər.”

Komanda hal-hazırda lityum batareyaları üzərində çalışır. Amma plana əsasən bir neçə il ərzində burada sodyum batareyaları da sınaqdan keçiriləcək.​

Harli Hirş, Kaliforniya Universiteti, San Dieqo:“Lityum əvəzinə sodyum istifadə etmək istəyirik. Onun fərqli xüsusiyyətləri var və ondan çoxdur.”

Sodyumun bol olması onun daha ucuza başa gələcəyi deməkdir. Lityum bahalıdır, gələcəyin batareyaları isə bahalı olmayan, geniş yayılmış materiallardan hazırlanacaq.

Harli Hirş:“Hal-hazırda, biz yalnız laboratoriyada çalışırıq və telefonunuzun, ya da maşınınızın batareyasının enerjini necə daha çox saxlayacağını araşdırırıq.”

Enerji saxlanılmasını ucuz etmək bir arzudur. Bu gün cihazların batareyadan istifadə etməsi sərfəli deyil. Onların batareyalarla bir saat istifadəsi yüzlərlə dollara başa gələ bilər. Lakin sodyum-ion batareyaları məsrəfi xeyli azaldacaq.

Şirli Menq:“Ondan sonra isə, hər evdə batareyaların yerləşdirilməsi iqtisadi cəhətdən səmərəli olacaq. Dama günəş panelləri yerləşdirib, gündüz enerjini toplayıb, axşam isə işlədə bilərlər. ”

Komanda üzvləri deyir ki, tədqiqatın və inkişaf prosesinin davamı ilə inqilabı texnologiyaya çatmaq çətin olmayacaq.

  • – Amerikanın Səsi
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər