1 C
Baku
Sunday, February 25, 2024

Kalın: “Taxıl sazişinin vaxtının yenidən uzadılması şansları var”

Mayın 18-də başa çatacaq taxıl sazişinin vaxtının uzadılması şansları var.

Bunu Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın “Habertürk” telekanalının efirində deyib.

“Ümid edirəm ki, taxıl sövdələşməsi uzadılacaq, bununla bağlı şanslar var. Bu istiqamətdə lazımi səylər göstərilir”, – deyə İ.Kalın bildirib.

Qeyd edək ki, 2022-ci il 22 iyulda İstanbulda qida və gübrələrin beynəlxalq bazara tədarükü ilə bağlı sənədlər paketi imzalanıb. İlkin olaraq müqavilələr 120 gün müddətinə bağlanıb, ötən ilin noyabrında həmin müddətə uzadılıb. Bu il martın 18-də Rusiya sazişin müddətini 60 gün uzadacağını elan edərək, bunun BMT ilə imzalanmış memorandumun icrasını qiymətləndirmək üçün kifayət qədər vaxt olacağı barədə xəbərdarlıq edib.

Rusiya Xarici İşlər Nazirliyi deyib ki, sövdələşmənin uzadılması ilə bağlı növbəti qərar “Rosselxozbank”ın SWIFT sisteminə yenidən qoşulmasından, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və xidmətlərin tədarükünün bərpasından, sığorta və təkrar sığortaya qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından, sığorta müqaviləsinin ləğvindən asılı olacaq.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər