6 C
Baku
Sunday, December 15, 2024

Kamala Harris Makron arasında telefon danışığı olub

ABŞ-ın vitse-prezidenti Kamala Harris və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Bu barədə Ağ Ev məlumat yayıb.

Tərəflər koronavirus pandemiyasına qarşı mübarizə, eləcə də Yaxın Şərq və Şimali Afrikadakı münaqişələri müzakirə ediblər.

“ABŞ vitse-prezidenti bildirib ki, ölkəsi ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə və transatlantik ittifaqın aktivləşdirilməsinə sadiqdir. Tərəflər dünyada demokratiyaya dəstək mövzusunda ikitərəfli və çoxtərəfli əsasda sıx əməkdaşlığın zəruriliyi barədə razılığa gəliblər”-deyə, məlumatda qeyd olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər