ABŞ-nin vitse-prezidenti Kamala Harris rəsmi olaraq ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd kimi irəli sürülüb. Bu barədə “New York Times” qəzeti yazır.
O, səsvermədə iştirak edən partiyanın 4 567 nümayəndəsinin 99%-nin dəstəyini qazanıb.
Harris və tərəfdaşı beş gün ərzində yeddi şəhərə səfər edəcək: Filadelfiya (Pensilvaniya), Eau Claire (Viskonsin), Detroit (Miçiqan), Durham (Şimali Karolina), Savanna (Corciya), Feniks (Arizona) və Las Veqas (Nevada).
İyulun 21-də ABŞ-nin hazırkı prezidenti Co Bayden seçki yarışından çıxdığını elan edib və Harrisi Demokratlar Partiyasının namizədi kimi dəstəkləyib.