ABŞ-də keçirilən bir sorğuda Demokrat prezident Co Baydendən estafeti təhvil alan vitse-prezident Kamala Harrisin respublikaçı rəqibi Donald Trampla arasındakı səs fərqini 1%-ə endirdiyi bildirilir.
Trampın səs nisbəti 48 faizə yüksəlsə də, Harris 47 faizlə onu izləyib.
Bununla da ABŞ-də Co Baydenin yarışdan geri çəkilməsindən sonra namizədliyi irəli sürülən Kamala Harris noyabrın 5-də keçiriləcək seçkilər öncəsi Donald Trampla aralarındakı səs fərqini 1%-ə endirmiş olub.
22-24 iyul tarixləri arasında 1142 nəfər arasında aparılan sorğuda 5 noyabrda keçiriləcək prezident seçkilərində Trampa səs verəcəklərini deyənlər 48% olduğu halda, Harrisə səs verəcəklərini deyənlər sadəcə 1% geridə qalaraq 47% təşkil edib.
İyunun 27-də Bayden və Tramp arasında canlı yayımda keçirilən seçki debatından sonra aparılan eyni sorğuda Bayden Trampdan 6% səslə geri qalırdı.
Siyasi şərhçilər Harrisin bir həftədən az bir vaxt ərzində rəqibi Trampla fərqi 1 faizə salmasını indiki mərhələdə uğur hesab edirlər.